Reklam resmi
Reklam resmi

Şamaxinkada avtomobil YANDI

Şamaxinkada avtomobil YANDI
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Ajans.az xəbər verir ki bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Chevrolet” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Mövzular:
şamaxinka fhn yanğın avtomobil

Digər Xəbərlər