Reklam resmi
Reklam resmi

İranda ardıcıl zəlzələlər baş verdi: Xəsarət alanlar var

İranda ardıcıl zəlzələlər baş verdi: Xəsarət alanlar var
Dünya

İranın cənub-qərbində, Xuzistan əyalətinin Heftgel və Məscid əl-Süleyman şəhərlərində ardıcıl zəlzələlər baş verib.

Ajans.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, Xuzistan əyalətinin Heftgel şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla saat 07.32-də yerin 10 kilometr dərinliyində baş verib.

Yerli vaxtla saat 07.53-də isə Xuzistanın Məscid əl-Süleyman şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ bölgələrinə 6 qiymətləndirmə qrupu göndərilib. Hadisələr nəticəsində 20-dək adamın xəsarət aldığı bildirilir.

Mövzular:
İran zəlzələ xəsarət

Digər Xəbərlər