Reklam resmi
Reklam resmi

Fatimə Hüseynovanın meyiti bu gecə Azarbaycana gətiriləcək

Fatimə Hüseynovanın meyiti bu gecə Azarbaycana gətiriləcək
Cəmiyyət

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib.

Ajans.az xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib. Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.

Mərhumun meyitinin bu gecə Azarbaycana gətiriləcəyi və səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir. (APA)

Digər Xəbərlər