Reklam resmi
Reklam resmi

Dmitri Medvedev Ermənistanı hədələdi  

Dmitri Medvedev Ermənistanı hədələdi  
Dünya

"Rusiya ilə mövcud əlaqələrin qırılması Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır nəticələrə səbəb olacaq".

Ajans.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının sədri Dmitri Medvedev səsləndirib.

O bildirib ki, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizə vasitəsi kimi yanaşır və siyasi müstəvinin Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrdən təmizlənməsində maraqlıdır.

"Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün doğuracağı qaçılmaz ağır nəticələr Avropa İttifaqı ölkələrini qətiyyən maraqlandırmır", - deyə Medvedev vurğulayıb.\ oxu.az

Mövzular:
Rusiya Ermənistan Rusiya Təhlükəsizlik Şurası "Vahid Rusiya" Avropa İttifaqı

Digər Xəbərlər