Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi
Yaponiyanın Honsü adası sahillərində 6 maqnitudalı zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 239 min nəfər əhalisi olan Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 59 kilometr dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq verilməyib.
Mövzular: