Ağır QƏZA: Ölən və yaralananlar VAR
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qeyd olunub ki, "VAZ-2106" markalı minik avtomobilinin qarşısına mal-qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət alan bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Ölən şəxs 2006-cı il təvəllüdlü N.Rəhimov olduğu müəyyən edilib. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyevdir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Mövzular: