Reklam resmi
Reklam resmi

Rusiyada qadın oğlunu çəkiclə ÖLDÜRDÜ

Rusiyada qadın oğlunu çəkiclə ÖLDÜRDÜ
Dünya

Moskva məhkəməsi azyaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirən qadınla bağlı qərar çıxarıb. Məhkəmənin hökmünə əsasən, qadın məcburi psixiatrik müalicəyə göndərilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 2025-ci ilin noyabr ayında Akademika Anoxin küçəsində yerləşən yaşayış binalarından birində baş verib.

İstintaqın müəyyən etdiyi məlumata əsasən, 38 yaşlı qadın 6 yaşlı oğluna çəkiclə çoxsaylı zərbələr endirib, daha sonra ona bıçaqla xəsarətlər yetirib. Uşaq aldığı ağır yaralardan hadisə yerində həyatını itirib.

Qadın oğlunun ölümündən sonra intihara cəhd etsə də, onun həyatını xilas etmək mümkün olub.

İş üzrə təyin edilmiş kompleks psixoloji-psixiatrik ekspertizanın nəticələrinə görə, qadın ağır ruhi xəstəlikdən əziyyət çəkib və hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmayıb.

Məhkəmə ekspert rəylərini nəzərə alaraq qadının cinayət məsuliyyətinə cəlb edilməməsi və ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə alması barədə qərar verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Moskva

Digər Xəbərlər