Reklam resmi
Reklam resmi

Daha bir ölkədə ölümcül virus AŞKARLANDI

Daha bir ölkədə ölümcül virus AŞKARLANDI
Dünya

Fransa hakimiyyəti ölkədə ilk Ebola virusuna yoluxma halının təsdiqləndiyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi bildirib.

Yoluxan şəxs Konqo Demokratik Respublikasında humanitar missiyada iştirak etdikdən sonra ölkəyə qayıdan həkimdir. Aparılan laborator analizlər onun Ebola virusuna yoluxduğunu təsdiqləyib.

Bildirilib ki, xəstə dərhal təcrid olunub və hazırda xüsusi tibbi nəzarət altındadır. Səhiyyə qurumları yoluxma zəncirinin qarşısını almaq məqsədilə həkimlə təmasda olmuş şəxslərin müəyyənləşdirilməsi və monitorinqi istiqamətində tədbirlər həyata keçirir.

Nazirlik vurğulayıb ki, mövcud vəziyyətə baxmayaraq, Fransa və ümumilikdə Avropa əhalisi üçün epidemioloji risk aşağı səviyyədə qiymətləndirilir.

Xatırladaq ki, may ayında Ümumdünya Səhiyyə Təşkilatı Mərkəzi Afrikada yayılan Ebola epidemiyası ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyəti elan etmişdi.

Son məlumatlara əsasən, epidemiyanın başladığı bölgələrdə yoluxanların sayı 1048 nəfəri ötüb, 260 nəfər həyatını itirib.

Virusun beynəlxalq miqyasda yayılma riskinin aşağı olduğu bildirilsə də, bir sıra ölkələrdə hava limanlarında sanitar nəzarət tədbirləri gücləndirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Ebola virusu

Digər Xəbərlər