Reklam resmi
Reklam resmi

Bu ölkədə həyat İFLİC OLDU

Bu ölkədə həyat İFLİC OLDU
Dünya
368

Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətində iyunun 22-dən etibarən yağan güclü leysan yağışlar səbəbindən 9 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.

Ajans.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Xinhua News Agency məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətdən ən çox zərər çəkən ərazilərdən biri Duyun şəhəri olub. Yağışların yaratdığı təhlükə ilə əlaqədar burada fövqəladə hallara reaksiya səviyyəsi III dərəcədən II dərəcəyə qaldırılıb, məktəblərdə dərslər müvəqqəti dayandırılıb. Hazırda insan tələfatı barədə məlumat verilməyib.

Leysanlar bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. Enerji təchizatının bərpası üçün 1000-dən çox mütəxəssis səfərbər edilib.

Əyalət Meteorologiya Rəsədxanasının məlumatına görə, iyunun 22-si saat 06:00-dan 23-ü saat 06:00-dək bölgənin 20-dən çox ərazisində güclü yağış qeydə alınıb. Dörd rayonda yağıntının həcmi 200 millimetrdən çox olub.

Səlahiyyətli qurumlar əhalini ehtiyatlı olmağa çağırır və hava şəraitini nəzarətdə saxlayır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin Quyçjou əyaləti güclü leysan

Digər Xəbərlər