Reklam resmi
Reklam resmi

Bu ölkənin Prezidenti istefa verdi, Putinin müşaviri təyin olundu

Bu ölkənin Prezidenti istefa verdi, Putinin müşaviri təyin olundu
Dünya

Cənubi Osetiyanın lideri Alan Qaqloyev vəzifəsindən istefa verdiyini və Rusiya Prezidenti Vladimir Putinin təklifini qəbul edərək onun müşaviri kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Res" informasiya agentliyi məlumat yayıb.

Qaqloyevin sözlərinə görə, o, Vladimir Putinlə görüş keçirib və görüş zamanı ona Rusiya Prezident Administrasiyasında müşavir vəzifəsi təklif olunub.

"Dünən Prezident Vladimir Putinlə görüşüm oldu və o, mənə Rusiya Prezident Administrasiyasında müşavir vəzifəsini təklif etdi", – deyə Qaqloyev bildirib.

O əlavə edib ki, yeni rəhbər seçilənədək Cənubi Osetiyada prezident səlahiyyətlərini Baş nazir Marat Kambolov icra edəcək.

Qaqloyevin istefasının səbəbləri və yeni vəzifədə fəaliyyət istiqamətləri barədə hələlik əlavə məlumat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Osetiya Alan Qaqloyev Rusiya Vladimir Putin

Digər Xəbərlər