Reklam resmi
Reklam resmi

Putin: Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir

Putin: Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir
Dünya

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyaya qarşı hərbi hazırlıqları artırdığını və bunu artıq gizlətmədiyini bildirib.

Ajans.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Putin çıxışında qeyd edib ki, NATO və Avropa İttifaqına üzv ölkələr hərbi büdcələrini artırır və bunu Rusiyadan gələn iddia olunan təhdidlə əsaslandırırlar.

"Qərb açıq şəkildə bizimlə müharibəyə hazırlaşdığını bildirir, hərbi xərclərini artırır. Bununla yanaşı, NATO və Avropa İttifaqı liderləri bu siyasəti əsaslandırmaq üçün əvvəlki kimi Rusiyanın hərbi təhdidi barədə iddialar irəli sürürlər", - deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, əvvəllər Qərb ölkələri Ukrayna rəhbərliyinə dəstək verməklə kifayətlənirdilər, lakin hazırda Moskva ilə mümkün qarşıdurmaya hazırlıq barədə daha açıq bəyanatlar səsləndirirlər.

Rusiya prezidenti hesab edir ki, bu addımlar Avropada militarizasiya prosesinin sürətlənməsinə gətirib çıxarır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər