Bu ölkənin Prezidentinin ailəsini araşdıranı ÖLDÜRDÜLƏR
Ekvadorda korrupsiya ilə mübarizə aparan və ölkənin sağçı prezidentinin ailə biznesinə qarşı ittihamları araşdıran polyak fəal qadın qətlə yetirilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 41 yaşlı Monika Silva Koniuşek iyunun 8-də Ekvadorun Santa-Elena əyalətinin sahil şəhəri Montanitadakı evində ölü tapılıb.
Ekvador Qadın Hüquqlarının Müdafiəsi və Təşviqi Mərkəzinin rəhbəri, hüquqşünas Lita Martines ekspertiza rəylərinə əsaslanaraq ölümün cinayət nəticəsində baş verdiyini təsdiqləyib.
Mövzular: