ABŞ-də 2 milyon arı daşıyan yük maşını AŞDI
ABŞ-nin Texas ştatında təxminən iki milyon arı daşıyan yarımqoşqulu yük maşınının aşması qeyri-adi vəziyyət yaradıb. Hadisədən sonra əraziyə yayılan arılar səbəbindən sakinlərə evdə qalmaq tövsiyə olunub.
Ajans.az CBS telekanalına istinadən xəbər verir ki, qəza ştatın cənub-şərqində yerləşən kənd ərazilərindən birində baş verib. Yük maşınının aşması nəticəsində pətəklər dağılıb və milyonlarla arı ətrafa yayılıb.
Məlumata əsasən, hadisədən sonra arıların təhlükəsiz şəkildə toplanaraq başqa yerə köçürülməsi üçün xüsusi əməliyyat keçirilib.
Yerli arıçılar da könüllü olaraq xilasetmə işlərinə qoşulub. Onlar təcili yardım xidmətlərinə hadisə yerinin təhlükəsizliyinin təmin edilməsində və yolun üzərinə səpələnmiş pətək qalıqlarının təmizlənməsində kömək ediblər.
Hadisənin baş verdiyi Oranj dairəsinin sakinlərinə isə vəziyyət tam nəzarət altına alınana qədər evlərində qalmaları tövsiyə olunub.
Mövzular: