Reklam resmi
Reklam resmi

ABŞ-də FACİƏ: Avtomobildə insan qalıqları tapıldı

ABŞ-də FACİƏ: Avtomobildə insan qalıqları tapıldı
Dünya

ABŞ-nin Texas ştatında dəhşətli hadisə baş verib. Hərracdan alınaraq təmir sexinə gətirilən avtomobildə iki kişinin meyiti aşkarlanıb.

Ajans.az xəbər verir ki, Reeveston yolunda yerləşən avtomobil təmiri sexinin əməkdaşları nəqliyyat vasitələrindən birindən gələn kəskin və xoşagəlməz qoxunu hiss etdikdən sonra polisə məlumat veriblər. Avtomobilə baxış zamanı içəridə artıq çürüməyə başlamış iki kişinin cəsədi tapılıb.

Araşdırma nəticəsində məlum olub ki, avtomobil Harris dairəsindən kənarda keçirilən hərracdan satın alınıb. Yeni sahibi nəqliyyat vasitəsini ciddi zədələr aldığı və hərəkət edə bilmədiyi üçün təmir məqsədilə kuzov sexinə göndərib.

Avtomobil cümə günü günortadan sonra sexə çatdırılıb. Ertəsi gün əməkdaşlar nəqliyyat vasitəsini yoxlayarkən dəhşətli tapıntı ilə üzləşiblər.

Polisin bildirdiyinə görə, meyitlər aşkarlanmadan əvvəl ən azı 24 saat avtomobilin içərisində qalıb və artıq çürümə prosesi başlayıb. Həlak olan şəxslərin kimliyi və ölüm səbəbi hələlik müəyyən edilməyib.

Müstəntiqlər hadisə ilə bağlı araşdırmaları davam etdirir. Onlar avtomobili təmir sexinə gətirən evakuator sürücüsünü də dindirməyə çalışırlar.

Hüquq-mühafizə orqanları cəsədlərin avtomobilə necə düşdüyünü və ölümün hansı şəraitdə baş verdiyini araşdırır. Hadisənin təfərrüatları hələlik sirr olaraq qalır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Texas ştatı

Digər Xəbərlər