Reklam resmi
Reklam resmi

İrəvan Ağsaqqallar Şurasının iclasında dava düşüb- VİDEO

İrəvan Ağsaqqallar Şurasının iclasında dava düşüb- VİDEO
Dünya

İyunun 23-də İrəvan Ağsaqqallar Şurasının iclasında hakim partiyanın nümayəndələri ilə müxalifət üzvləri arasında insident yaşanıb.

Ajans.az xəbər verir ki, müxalifətdə təmsil olunan "Ana Ermənistan" blokunun üzvləri hakim Vətəndaş Müqaviləsi Partiyasını seçki pozuntularında ittiham ediblər. Bu ittihamlar İrəvan merinin müavini Armen Pambuxçyan tərəfindən sərt reaksiya ilə qarşılanıb və tərəflər arasında mübahisə yaranıb.

Pambuxçyan çıxışı zamanı "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan barədə xəyanət ittihamlarının səsləndirildiyini xatırladaraq müxalifət nümayəndələrini susmağa çağırıb. Bu isə gərginliyi daha da artırıb.

Qısa müddət sonra söz atışması davaya çevrilib. İclas zalında plastik butulkalar da havada uçuşub. Baş verən insident səbəbindən iclasa fasilə elan olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan İrəvan Ağsaqqallar Şurası

Digər Xəbərlər