Reklam resmi
Reklam resmi

Türkiyəyə məxsus gəmiyə HÜCUM EDİLDİ

Türkiyəyə məxsus gəmiyə HÜCUM EDİLDİ
Dünya

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ukraynanın Çornomorsk limanı yaxınlığında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan, Türkiyə sahibkarlarına məxsus və Panama bayrağı altında üzən gəminin heyətində olan iki vətəndaşımızın yaralandığı məlum olub.

Vətəndaşlarımızın vəziyyəti Kiyevdəki səfirliyimiz və Odessadakı baş konsulluğumuz tərəfindən yaxından izlənilir.

Rusiya-Ukrayna müharibəsində gərginliyin artmasının nəticəsi olaraq, Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyi təhdid edən hücumlardan narahatlığımız hər iki ölkənin aidiyyəti qurumlarının diqqətinə çatdırılır.

Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması ölkəmizin əsas prioritetlərindən biridir və bütün tərəfləri bölgədə gərginliyin azaldılmasına yönəlmiş tədbirlər görməyə çağırırıq" - məlumatda bildirilib.

Mövzular:
qara dəniz türkiyə gəmi

Digər Xəbərlər