Starmerdən sonra Merz istefa VERƏ BİLƏR
Almaniyanın müxalifətdə olan "Alternative for Germany"(AfD) partiyası Böyük Britaniyanın Baş naziri Keir Starmer ətrafında yaranan siyasi vəziyyətə münasibət bildirərək Almaniya Kansleri Friedrich Merz barədə də sərt açıqlama verib
Ajans.az xəbər verir ki, partiyanın yaydığı bəyanatda Starmerin reytinqlərinin aşağı düşməsi fonunda istefa verməsinin siyasi liderlər üçün nümunə olduğu vurğulanıb.
"Böyük Britaniyada Kir Starmer reytinqlərinin kəskin azalmasından sonra istefa verdiyini açıqlayıb. Öz xalqının maraqlarını nəzərə almayan siyasətçilər sonda uğursuzluqla üzləşirlər. Almaniyanın siyasi elitası nə vaxt eyni nəticəyə gələcək?" – deyə AfD-nin bəyanatında bildirilib.
Partiya dolayısı ilə Fridrix Merzin də gələcəkdə oxşar siyasi talelə məruz qala biləcəyini vurğulayıb.
Qeyd edək ki, AfD son aylarda Almaniya hökumətinin daxili və xarici siyasətini kəskin tənqid edir və hakimiyyətin fəaliyyətindən narazı olduğunu açıq şəkildə bəyan edir.
Mövzular: