Moskvanın bütün hava limanları DAYANDI
Moskvanın dörd əsas hava limanı – Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski – fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsia) məlumat yayıb.
Qurumun açıqlamasına görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Moskva vaxtı ilə saat 12:33-dən etibarən hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq olunub.
Bundan əlavə, Rusiyanın bir sıra digər şəhərlərində yerləşən hava limanlarında da müvəqqəti məhdudiyyətlər qüvvəyə minib. Məhdudiyyətlərin tətbiq olunduğu hava limanları arasında Buqulma, Kazan, Nijnekamsk, Çeboksarı və İjevsk hava limanları da var.
Mövzular: