Qətərin böyük qaz zavodunda GÜCLÜ PARTLAYIŞ- VİDEO
Dünya
Qətərin paytaxtı Doha şəhərinin şimal-şərqində yerləşən Ras Laffan sənaye zonasında fəaliyyət göstərən qaz emalı zavodunda baş verən güclü partlayış nəticəsində azı 54 nəfər yaralanıb, 18 nəfər isə itkin düşüb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı Qətərin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirliyin bildirdiyinə əsasən, Ras Laffan sənaye ərazisindəki müəssisələrdən birində baş verən qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərə çatıb. Hazırda Daxili Təhlükəsizlik Qüvvələrinin "Lehviya" axtarış-xilasetmə bölməsi və mülki müdafiə qüvvələri itkin düşən 18 nəfərin tapılması istiqamətində əməliyyat aparır.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Qəza ilə bağlı araşdırma davam edir.