"Al Jazeera"nın jurnalisti Qəzzada həlak olub
"Al Jazeera"nın müxbiri İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi aviazərbə nəticəsində həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Qətər telekanalının bəyanatında deyilir.
"Əhməd Vişah Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına İsrailin aviazərbəsi nəticəsində öldürülüb", - məlumatda qeyd edilib.
Mövzular: