Ceff Bezos sosial şəbəkələrdə lağa qoyuldu
Amazon-un qurucusu Jeff Bezos sosial şəbəkələrdə yeni bir müzakirənin mərkəzinə düşüb. İnternet istifadəçiləri milyarderin həyat yoldaşı Lauren Sánchez ilə Parisə səfəri zamanı telefonla danışığını saxta hesab edərək onu tənqid ediblər.
Ajans.az xəbər verir ki, iddialara səbəb paparassilər tərəfindən çəkilmiş görüntülər olub. Kadrlarda Bezosun demək olar ki, bütün gün ərzində mobil telefonunu qulağından ayırmadığı görünür. İyunun 14-də cütlüyün Paris küçələrində gəzintisi zamanı iş adamı sürücünün idarə etdiyi avtomobildən düşərkən də telefonla danışırmış kimi görüntülənib. Həmin vaxt Lauren Sançez avtomobildən əvvəl düşərək ərindən bir qədər öndə hərəkət edib.
Axşam saatlarında cütlük Grand Palais-də keçirilən romantik şam yeməyinə yollanarkən də Bezos yenidən telefonla danışarkən görüntülənib. Bu zaman Sançez fotoqrafların diqqət mərkəzinə düşüb. O, John Galliano tərəfindən Christian Dior üçün hazırlanmış 2001-ci il yaz kolleksiyasına aid vintaj libas geyinib.
Fransız jurnalist Amar Taualitin sosial şəbəkələrdə paylaşdığı videolar qısa müddətdə geniş yayılıb və çoxsaylı şərhlərə səbəb olub. Bir çox istifadəçi Bezosun əslində heç kimlə danışmadığını iddia edib.
Digər şərhçi isə milyarderə həyat yoldaşına daha çox diqqət ayırmağı tövsiyə edib.
Bəzi sosial media istifadəçiləri isə Bezosun küçədə tanınmamaq və ya yad insanlarla ünsiyyətdən yayınmaq üçün qəsdən telefonla danışırmış kimi davrandığını irəli sürüblər.