Reklam resmi
Reklam resmi

Ermənistan Avropadan KÖMƏK İSTƏDİ

Ermənistan Avropadan KÖMƏK İSTƏDİ
Dünya

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyanın son məhdudiyyətlərindən sonra İrəvanı dəstəkləmək üçün addımlarını sürətləndirməyə çağırıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, görüşlərdə iştirak edən avropalı diplomatlardan biri deyib: “Rusiyanın hibrid və iqtisadi hücumlarına qarşı mübarizə üçün müsbət və vacib görüş oldu”.

Aİ Ermənistana güzəştli şərtlər – “Muxtar Ticarət Tədbirləri” (MTT) təklif etmək niyyətindədir. Bu şərtlər çərçivəsində müəyyən Ermənistan məhsulları Avropa bazarına gömrük rüsumları və kvotalar olmadan daxil ola bilər. Mirzoyan Lüksemburqda olarkən Avropa Komissiyası bu öhdəliyi bir daha təsdiqləyib. Məhsulların siyahısının yaxın həftələrdə açıqlanması gözlənilir.

Baş nazir Nikol Paşinyan da bu gün jurnalistlərlə keçirdiyi brifinqdə bildirib: “Əlbəttə, Aİ-dəki tərəfdaşlarımıza bu qədər tez reaksiya verdiklərinə, o cümlədən maliyyə yardımı göstərdiklərinə görə minnətdaram”.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Nikol Paşinyan Ararat Mirzoyan Lüksemburq Avropa İttifaqı

Digər Xəbərlər