Reklam resmi
Reklam resmi

Təyyarə magistral yola düşdü: ÖLƏN VAR

Təyyarə magistral yola düşdü: ÖLƏN VAR
Dünya
837

ABŞ-nin Texas ştatının Laredo şəhərində kiçik təyyarə magistral yolda qəzaya uğrayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub, onlardan biri həlak olub.

Qəzadan sonra təyyarə alovlanıb. Sosial şəbəkələrdə şahidlərin lentə aldıqları hadisə anının videoları yayılıb, görüntülərdə alovlar içində qalan təyyarənin magistral yolda yanı üstə düşdüyü əks olunub.

Bir neçə sürücü içəridəki insanları çıxarmaq üçün pilot kabinəsinin pəncərəsini sındırmağa çalışıb. Şahidlərdən biri bildirib ki, təyyarədən üç yeniyetmə və bir "pilota bənzəyən" şəxs çıxıb. Daha bir ekipaj üzvü huşu özündə olmayan sərnişini kabinədən çıxarmağa çalışıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Texas ştatı təyyarə Laredo şəhəri

Digər Xəbərlər