Reklam resmi
Reklam resmi

Bu ölkədə hərbi vəziyyət elan olundu

Bu ölkədə hərbi vəziyyət elan olundu
Dünya
2924

Cənubi Koreya prezidenti müxalifəti dövlət əleyhinə fəaliyyətdə ittiham edərək ölkədə fövqəladə hərbi vəziyyət elan edib.

Ajans.az xəbər verir ki, prezident Yoon Suk Yeol çərşənbə axşamı deyib ki, o, hərbi vəziyyət vasitəsilə azad və demokratik ölkəni yenidən quracaq.

“Liberal Cənubi Koreyanı Şimali Koreyanın kommunist qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq və dövlət əleyhinə olan elementləri aradan qaldırmaq üçün... Mən bununla fövqəladə hərbi vəziyyət elan edirəm”, - Yoon canlı televiziya çıxışında deyib.

2022-ci ildə vəzifəyə gəldikdən bəri Yoon gündəmlərini müxalifətin nəzarətində olan parlamentə qarşı irəli sürmək üçün mübarizə aparır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Cənubi Koreya Prezident Hərbi Vəziyyət Elan

Digər Xəbərlər