Bu ölkədə YENİ PREZİDENT SEÇİLDİ
Peruda keçirilən prezident seçkilərinin ikinci turunda “Fuerza Popular” Partiyasının namizədi Keyko Fujimori qələbə qazanaraq ölkə tarixində ilk qadın prezident olub.
Ajans.az xəbər verir ki, səslərin sayılmasının yekun mərhələsində Fujimori rəqibini geridə qoyaraq prezident seçkilərində qalib gəlib. Seçkilərin nəticəsi ölkənin siyasi həyatında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Səslərin təşkili və hesablanmasına cavabdeh olan Peru Milli Seçki Prosesləri Ofisi (ONPE) bülletenlərin 98,5 faizdən çoxunun emal edildiyini bildirib. Açıqlanan nəticələr Fujimorinin üstünlüyünü təsdiqləyib.
Analitiklər hesab edirlər ki, seçkilərin nəticəsi Peru siyasətinin gələcək istiqamətinə ciddi təsir göstərəcək və ölkədə yeni siyasi mərhələnin başlanğıcını qoyacaq.
Keyko Fujimorinin qələbəsi həm də Peru tarixində ilk dəfə bir qadının dövlət başçısı seçilməsi ilə əlamətdar olub.
Mövzular: