Tramp İranda hakimiyyət dəyişikliyini İSTƏMİRDİ
ABŞ Prezidenti Donald Tramp İran da daxil olmaqla digər ölkələrdə rejim dəyişikliyi cəhdlərinin effektiv olmadığını bildirib.
Ajans.az xəbər verir ki, Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, uzun illər ərzində müxtəlif ölkələrdə baş verən rejim dəyişikliklərinin nəticələrini müşahidə edib və onların uğurlu olmadığını düşünür.
“Mən rejim dəyişikliyinə inanmıram. İllərdir rejim dəyişikliyinin şahidi olmuşam və onlar heç vaxt işə yaramayıb. Bu, sadəcə baş verməlidir”, – deyə ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, o, heç vaxt rejim dəyişikliyi ideyası ilə maraqlanmayıb və belə bir yanaşma onun siyasi planlarının tərkib hissəsi deyil.
Mövzular: