Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, 42 yaşlı Podkopayeva Donetsk Xalq Respublikasında (DXR) pilotsuz uçuş aparatının hücumu nəticəsində həyatını itirib.
Bildirilir ki, bu ilin yanvar ayında Aksay rayonunun Şçepkinski kənd yaşayış məntəqəsinin deputatı olan Podkopayeva Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq döyüş bölgəsinə yollanıb. O, bu qərarını hərbçilərin xidmət şəraitini və döyüş təcrübəsini yaxından öyrənmək istəyi ilə əsaslandırıb.
Məlumata görə, hərbi əməliyyatlar başladığı gündən etibarən Podkopayeva könüllü fəaliyyət göstərərək cəbhə bölgəsinə humanitar yardımlar çatdırıb.
Deputat seçilməzdən əvvəl o, Şçepkinski kəndində yerləşən mədəniyyət evinə rəhbərlik edib.
Angelina Podkopayevadan iki övladı – 16 yaşlı oğlu və 12 yaşlı qızı yadigar qalıb.