Reklam resmi
Reklam resmi

Ece İrtəmin ölməzdən öncəki son görüntüləri GÜNDƏM OLDU

Ece İrtəmin ölməzdən öncəki son görüntüləri GÜNDƏM OLDU
Dünya

Türkiyənin məşhur aktrisası, “Kızılcık Şərbəti” serialındakı rolu ilə tanınan Ece İrtem vəfat etməzdən əvvəl çəkilmiş son görüntüləri ortaya çıxıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Kadıköy rayonundakı evində ürək tutması nəticəsində həyatını itirdiyi bildirilən aktrisanın ölümü yaxınları, həmkarları və pərəstişkarları arasında dərin kədərə səbəb olub.

Məlumata görə, dünən 35 yaşı tamam olan Ece İrtem ad günü münasibətilə sosial şəbəkə hesabında paylaşımlar edib. Sonradan yayılan təhlükəsizlik kamerası görüntülərində aktrisanın əvvəlcə anası, daha sonra isə yaxın dostlarından biri ilə restorana daxil olduğu görünür.

Həmçinin yaşadığı binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan kadrlarda Ece İrtemin anası ilə birlikdə binaya daxil olduğu anlar əks olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Ece İrtəm Türkiyə “Kızılcık Şərbəti” serialı

Digər Xəbərlər