Reklam resmi
Reklam resmi

Eboladan ölənlərin sayı ARTDI

Eboladan ölənlərin sayı ARTDI
Dünya

Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölənlərin sayı 149 nəfərə çatıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi məlumat yayıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı 710 təşkil edir. Bundan əvvəlki məlumatda nazirlik 139 ölüm və 689 yoluxma halı barədə xəbər vermişdi.

Xəstəxanalarda Ebola virusuna yoluxmuş 324 nəfər müalicə olunur. Ölüm göstəricisi 21%, təmasda olanların izlənmə səviyyəsi isə 60,5%-dir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ebola virus Afrika

Digər Xəbərlər