Rusiyada Novruza milli bayram statusu VERİLƏCƏK?
Rusiyada Novruz bayramına milli bayram statusunun verilməsi təklif edilib.
Ajans.az xarici mediays istinadən xəbər verir ki, bu təşəbbüslə bağlı Rusiya Prezidenti Vladimir Putinə rəsmi müraciət ünvanlanıb.
Bildirilir ki, Polyloq Millətlərarası Münasibətlərin İnkişafı Fondu Milli Gün ərəfəsində dövlət başçısına müvafiq təklif göndərib.
Təklifdə qeyd olunur ki, təşəbbüs “Rusiya Xalqlarının Birliyi İli” çərçivəsində irəli sürülüb və ölkədə yaşayan xalqların mədəni və dil müxtəlifliyinin qorunmasına yönəlmiş dövlət siyasətinə uyğun gəlir.
Hazırda təkliflə bağlı rəsmi qərar qəbul edilməyib. Bununla belə, təşəbbüsün müxtəlif xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verə biləcəyi vurğulanır.
Mövzular: