Reklam resmi
Reklam resmi

Bu ölkənin Prezidenti QAÇIRILIB

Bu ölkənin Prezidenti QAÇIRILIB
Dünya
2444

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Pit Heqset jurnalistlərlə görüşü zamanı Kuba prezidenti Migel Dias-Kanellə bağlı verilən sualı cavablandırıb.

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, ona Kuba liderinin “qaçırılması” ehtimalı ilə bağlı sual ünvanlanıb. Heqset isə cavabında “Bütün variantlar masadadır” deyib və əlavə edib ki, mümkün addımlarla bağlı son qərarı ABŞ prezidenti verəcək.

Son aylarda ABŞ-Kuba münasibətlərində gərginliyin artdığı, Vaşinqtonun Havana üzərində siyasi və iqtisadi təzyiqləri gücləndirdiyi bildirilir.

Kuba tərəfi isə ABŞ-ın sərt siyasətini tənqid edərək bunun ölkənin suverenliyinə qarşı yönəldiyini bəyan edib.

Qeyd edək ki, digər bəzi iddialar və şərhlər mediada yer alsa da, onların rəsmi təsdiqi yoxdur və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ ABŞ Müdafiə Nazirliyi Pit Heqset Kuba Migel Dias-Kanell

Digər Xəbərlər