Tramp İranı danışıqları ləngitməkdə ittiham edib
ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonla aparılan danışıqları qəsdən gecikdirməkdə ittiham edib.
Ajans.az xəbər verirt ki, Amerika lideri bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
“Onlar özləri üçün çox əlverişli ola biləcək bir razılaşma üzrə danışıqları gecikdiriblər və indi bunun bədəlini ödəməli olacaqlar”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, İran tərəfi danışıqlar prosesini uzadaraq mümkün razılaşmanın əldə olunmasını çətinləşdirib.
Trampın açıqlaması ABŞ və İran arasında münasibətlərin gərgin olaraq qaldığı bir dövrdə səsləndirilib.
Mövzular: