İranda məşhur din xadiminə ağır həbs cəzası VERİLDİ
Tanınmış din xadimi, universitet müəllimi və dini məsələlər üzrə tədqiqatçı Əbdürrəhim Süleymani barədə yeni məhkəmə qərarı çıxarılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Din Xadimlərinin Xüsusi Məhkəməsi hazırda Qum şəhərində həbsdə saxlanılan Süleymanini 6 il müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə, ona cərimə tətbiq edilib və din xadimi geyimindən istifadəsinə qadağa qoyulduğu bildirilir. Süleymani İran hakimiyyətini tənqid edən çıxışları ilə tanınır və ona qarşı “milli təhlükəsizliyə zərbə vurmaq”, “ictimai düşüncəni çaşdırmaq”, “ali rəhbəri və müqəddəsləri təhqir etmək” kimi ittihamlar irəli sürüldüyü qeyd olunur.
Mövzular: