Reklam resmi
Reklam resmi

Trampdan İsrailə İranla bağlı XƏBƏRDARLIQ

Trampdan İsrailə İranla bağlı XƏBƏRDARLIQ
Dünya

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışığında İsrailin İrana qarşı hücumlarını dayandırmasını tələb etdiyini bildirib.

Ajans.az xəbər verir ki, “The Jerusalem Post”un məlumatına görə, Tramp bəyan edib ki, İran tərəfi ABŞ-dən İsrailə hücumları dayandırmaqla bağlı müraciət etməsini istəyib. O, Netanyahuya zəng edərək ehtiyatlı davranmalı olduğunu bildirib.

ABŞ lideri əlavə edib ki, beş ölkə ondan Netanyahuya təzyiq göstərməsini xahiş edib. O, həmçinin İranın ilk olaraq İsrailə zərbə endirməyəcəyinə söz verdiyini və Vaşinqtonun Tehranla mümkün razılaşmaya sadiq qaldığını vurğulayıb.

Mövzular:
ABŞ İran hücum

Digər Xəbərlər