Reklam resmi
Reklam resmi

Bu ölkənin hökuməti İSTEFA VERDİ

Bu ölkənin hökuməti İSTEFA VERDİ
Dünya
579

Cənubi Osetiyada hökumət başçısı Dzambolat Tadtayevin istefasından sonra Nazirlər Kabineti tam tərkibdə istefa verib.

Ajans.az xəbər verir ki, bu barədə iyunun 8-də respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezident Alan Qaqloyevlə keçirilən görüş zamanı Dzambolat Tadtayev şəxsi istəyi ilə vəzifəsindən azad olunması barədə ərizə təqdim edib. Prezident onun istefasını qəbul edib və fəaliyyətinə görə təşəkkürünü bildirib.

Tadtayevin istefasından sonra baş nazirin müavini Konstantin Cioyev hökumət başçısının səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunub. Yeni baş nazir parlament tərəfindən təsdiqlənənədək hökumət fəaliyyətini mövcud tərkibdə davam etdirəcək.

Alan Qaqloyev bildirib ki, Cənubi Osetiya prezidentinin dövlət müşaviri Marat Kambolov baş nazir vəzifəsinə namizəd kimi irəli sürüləcək.

Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, yeni hökumət rəhbərinin əsas vəzifələrindən biri Cənubi Osetiya ilə Rusiya arasında əməkdaşlığın dərinləşdirilməsi barədə sazişin, eləcə də tərəflər arasında əldə olunmuş digər razılaşmaların effektiv icrasını təmin etmək olacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Osetiya Dzambolat Tadtayev

Digər Xəbərlər