Reklam resmi
Reklam resmi

İran XİN-in binasında GÜCLÜ PARTLAYIŞ

İran XİN-in binasında GÜCLÜ PARTLAYIŞ
Dünya

İranın paytaxtı Tehran şəhərinin mərkəzində Xarici İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayış baş verib.

Ajans.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, ilkin olaraq partlayışın Xarici İşlər Nazirliyinin binası ərazisində baş verdiyi bildirilir. Fars Xəbər Agentliyi də daxil olmaqla bir sıra yerli media qurumları hadisəni təsdiqləyib. Lakin partlayışın dəqiq yeri və səbəbi hələlik rəsmi şəkildə açıqlanmayıb.

Eyni zamanda, Tehran şəhərinin bəzi rayonlarında hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi barədə məlumatlar yayılıb.

Hadisə ilə bağlı əlavə məlumatlar və rəsmi açıqlamalar gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Tehran İran XİN

Digər Xəbərlər