İranın ali lideri Ayətullah Əli Xamenei təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etmir.
Ajans.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Xamenei ölkədə baş verən prosesləri yaxından izləyir və dövlət idarəçiliyində fəal iştirak edir, lakin təhlükəsizliklə bağlı məhdudiyyətlər onun ictimai tədbirlərdə şəxsən iştirakına mane olur.
“O, ölkədəki proseslərdə çox yaxından iştirak edir və onların inkişafına təsir göstərir. Lakin təhlükəsizlik səbəbləri ilə əlaqədar müvafiq qurumlar onun şəxsən çıxış etməsini məhdudlaşdırırlar”, – deyə Əraqçi qeyd edib.
Xarici işlər naziri əlavə edib ki, İran rəhbərliyi ali liderlə daim əlaqə saxlayır və onun strateji qərarların qəbulunda mühüm rol oynadığını vurğulayıb.