Reklam resmi
Reklam resmi

Qazaxıstanda Vitse-prezident vəzifəsi YARADILDI

Qazaxıstanda Vitse-prezident vəzifəsi YARADILDI
Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vitse-prezident vəzifəsinin yaradılmasını nəzərdə tutan “Qazaxıstan Respublikasının Prezidenti haqqında” Konstitusiya qanununu imzalayıb.

Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qanun Qazaxıstan Respublikası Prezidentinin və Vitse-prezidentinin hüquqi statusunu, səlahiyyətlərini və fəaliyyətinin dəstəklənməsi prosedurlarını müəyyən edir. Qanunun əsas məqamı Vitse-prezident vəzifəsinin yaradılmasıdır. Dövlət başçısının tapşırığı ilə Vitse-prezident dövlət qurumları ilə qarşılıqlı əlaqələrdə onun maraqlarını təmsil edir və Prezidentin müəyyən etdiyi funksiyaları yerinə yetirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan Vitse-prezident Kasım-Jomart Tokayev

Digər Xəbərlər