"Ford" 420 min avtomobili geri çağırır
ABŞ-nin avtomobil istehsalçısı “Ford Motor” təhlükəsizlik kəmərlərində aşkar edilən nasazlıq səbəbindən ölkədə təxminən 420 min avtomobili geri çağırır.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Qeyd olunur ki, geri çağırma 2018–2022-ci il istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” modellərinə aiddir.
Mövzular: