Uçuş faciəyə ÇEVRİLDİ: Bəy və pilot ÖLDÜ
ABŞ-ın Corciya ştatında yeni evlənən cütlüyün bal ayına yola düşərkən mindiyi vertolyot qəzaya uğrayıb. Nəticədə bəy və pilot həlak olub, gəlin isə ağır sınaqdan sağ çıxıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə cümə axşamı Doson qraflığında baş verib. Məlumata görə, Robinson R-66 tipli vertolyot havaya qalxdıqdan qısa müddət sonra sıx meşəlik əraziyə düşüb. Xilasedicilər qəza yerinə çatmaq üçün yolsuzluq avtomobillərindən istifadə edib, bəzi hissələrdə isə yolu mişarla açmağa məcbur qalıblar.
Vertolyotun göyərtəsində 25 yaşlı Deyv Fiji, onun həyat yoldaşı və pilot olub. Qəza nəticəsində Deyv Fiji və pilot həyatını itirib. Gəlin isə sağ qalıb. Ailəsinin bildirdiyinə görə, onun vəziyyəti stabildir və yaxın günlərdə xəstəxanadan buraxılması gözlənilir.
Mövzular: