Putin və Paşinyan müzakirələr ediblər
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 1-də telefon danışığı zamanı Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin gündəliyində yer alan məsələləri müzakirə ediblər.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, tərəflər Astanada keçirilmiş Aİİ Ali Şurasının iclasında müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparıblar.
O, Ermənistan tərəfinin sammitdə Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan liderlərinin qəbul etdiyi bəyanata münasibət bildirib-bildirməməsi ilə bağlı suala cavabında bildirib: “Ümumilikdə müzakirə apardılar”.
“Ali Şuranın Astanada keçirilmiş iclasında müzakirə olunan gündəliyin davamı olaraq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə Peskov vurğulayıb.
Mövzular: