Reklam resmi
Reklam resmi

Gürcüstanda bu virusa ilk yoluxma halı QEYDƏ ALINIB

Gürcüstanda bu virusa ilk yoluxma halı QEYDƏ ALINIB
Dünya

Gürcüstanda denqe virusuna (DENV) ilk yoluxma halı qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin Pediatriya kafedrasının müdiri, Murman İaşvili adına Uşaq Mərkəzi Xəstəxanasının tibb direktoru, tibb elmləri doktoru, professor İvane Çxaidze məlumat verib. Onun sözlərinə görə, virus ötən həftə bir xəstədə aşkarlanıb. Çxaidze hadisə ilə bağlı əlavə detalları açıqlamayıb.

Denqe qızdırması ağcaqanadlar vasitəsilə ötürülən virus infeksiyasıdır. Xəstəliyin inkubasiya dövrü adətən 5–7 gün davam edir, bəzi hallarda isə 15 günə qədər uzana bilər. İlkin simptomlara yüksək hərarət (39–41°C), şiddətli üşütmə, baş ağrısı, eləcə də əzələ və oynaq ağrıları daxildir.

Ebola virusu ilə bağlı vəziyyətə də toxunan professor İvane Çxaidze bildirib ki, Gürcüstanda bu xəstəliyin təsdiqlənmiş heç bir halı qeydə alınmayıb və hazırda ölkədə yayılma təhlükəsi mövcud deyil.

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan denqe virusu

Digər Xəbərlər