Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən İzmirin Buca bələdiyyəsində korrupsiya və rüşvət iddiaları ilə bağlı əməliyyat keçirilib.
Ajans.az TRT Haber-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində ümumilikdə 62 nəfər saxlanılıb. Hazırda onların barəsində istintaq tədbirləri davam etdirilir.
Saxlanılanlar arasında Buca bələdiyyəsinin sədri Görkem Duman, onun müavinləri və bir sıra əməkdaşları da var.