Reklam resmi
Reklam resmi

İsrail ordusu əməliyyatları GENİŞLƏNDİRİR

İsrail ordusu əməliyyatları GENİŞLƏNDİRİR
Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu orduya (ÇAXAL) Livanda quru əməliyyatlarının genişləndirilməsi və “Hizbullah”ın nəzarətində olan ərazilər üzərində daha dərin nəzarətin təmin edilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Ajans.az  xəbər verir ki, Netanyahu bildirib ki, İsrail qüvvələri Litani çayını keçib və Bofor silsiləsini ələ keçirib.

Hökumət başçısının sözlərinə görə, İsrail Müdafiə Ordusu artıq planlaşdırılan hədəflərin bir hissəsini reallaşdırıb:

"Mən ordumuza Livandakı manevrləri genişləndirmək tapşırığı vermişəm. Qüvvələrimiz Litani çayını keçərək "Bofor" yüksəkliyini ələ keçiriblər. İndi isə mənim göstərişim "Hizbullah"ın nəzarət etdiyi ərazilərdə mövqelərimizi daha da dərinləşdirmək və genişləndirməkdən ibarətdir".

Mövzular:
Baş nazir Benyamin Netanyahu ÇAXAL Litani çayı əməliyyatlar

Digər Xəbərlər