Reklam resmi
Reklam resmi

Gilas yığan kişi ağacdan yıxılıb öldü

Gilas yığan kişi ağacdan yıxılıb öldü
Dünya
695

Türkiyədə gilas yığmaq üçün ağaca çıxan kişi faciəvi şəkildə ölüb.

Ajans.az xəbər verir ki, hadisə Çorum rayonunun Osmancık qəsəbəsində baş verib.

Məlumata görə, gilas toplamaq üçün ağaca çıxan 72 yaşlı Mustafa Gök tarazlığını itirərək dəmir məhəccərlərin üzərinə yıxılıb. Məhəccərlərin bədəninə batması nəticəsində yaşlı kişi ağır yaralanıb.

Çağırışa gələn tibb işçiləri tərəfindən Mustafa Gök xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.(lent.az)

Mövzular:
Türkiyə gilas ölüm

Digər Xəbərlər