Reklam resmi
Reklam resmi

Təcili paytaxtı tərk etmək TƏLƏB EDİLDİ- BU ÖLKƏDƏ...

Təcili paytaxtı tərk etmək TƏLƏB EDİLDİ- BU ÖLKƏDƏ...
Dünya

Kiyev yaxın dövrdə çətin vəziyyətlə üzləşə bilər və bəzi sakinlərə şəhəri tərk etmək tövsiyə olunur.

Ajans.az xəbər verir ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Ölkə Siyasəti” Telegram kanalına verdiyi açıqlamada Kiyevin gələcəkdə intensiv döyüşlərin təsirinə məruz qala biləcəyini bildirib.

O, paytaxtda vəziyyətin gərgin olacağını vurğulayaraq, sakinlərin psixoloji cəhətdən mümkün dağıntılara hazır olmasının vacibliyini qeyd edib. Kulebanın sözlərinə görə, bəzi insanlar təhlükəsizlik və psixoloji durumlarını nəzərə alaraq şəhəri müvəqqəti tərk etməlidir.

“Əgər kiminsə əsəbləri dözmürsə, artıq tab gətirə bilmirsə, bu, tamamilə başa düşüləndir. Belə insanlar Kiyevdə yaşamaqdan fasilə götürə bilərlər”, — deyə o bildirib.

Eyni zamanda, sabiq nazir hər kəsi diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Kiyev

Digər Xəbərlər