Reklam resmi
Reklam resmi

Saakaşvili həbsxanada görünüşünü DƏYİŞİB

Saakaşvili həbsxanada görünüşünü DƏYİŞİB
Dünya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanada məhkəmə iclasına yeni görünüşdə çıxıb.

Ajans.az Sputnik Gürcüstan-a istinadən xəbər verir ki, onun saç düzümündə dəyişiklik edilib və bu, iclas zamanı diqqət çəkib. Eyni zamanda, Saakaşvili qırmızı naxışlı ağ köynək geyinmiş halda görünüb.

Hadisə məhkəmə prosesində qeydə alınıb və keçmiş prezidentin yeni imici ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Xatırladaq ki, Mixeil Saakaşvili 2004–2013-cü illərdə Gürcüstan prezidenti olub, daha sonra 2015-ci ildə Odessa vilayətinin qubernatoru təyin edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan Mixail Saakaşvili

Digər Xəbərlər