Reklam resmi
Reklam resmi

Təyyarə havada paraşütçünü ÇIRPDI

Təyyarə havada paraşütçünü ÇIRPDI
Dünya

Avstriyanın "Zell am See" bələdiyyəsi yaxınlığında havada təhlükəli insident baş verib. Yüksək sürətlə hərəkət edən “Cessna 172” tipli yüngül təyyarə paraşütçünün paraşütünə çırpılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, toqquşma nəticəsində paraşütçü havada nəzarəti itirib və sürətlə yerə doğru enməyə başlayıb. Lakin o, son anda ehtiyat paraşütünü açaraq təhlükəsiz eniş etməyə nail olub.

Hadisədən sonra təyyarənin pilotu da uğurla eniş edib. İlkin məlumata görə, insident nəticəsində ciddi xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstriya təyyarə

Digər Xəbərlər