Reklam resmi
Reklam resmi

Rusiyada FACİƏ: Ölən və yaralananlar var

Rusiyada FACİƏ: Ölən və yaralananlar var
Dünya
377

Samara bölgəsinin Sızran şəhərində neft emalı zavodu dron hücumuna məruz qalıb. Hücum nəticəsində iki nəfər həlak olub, yaralananlar var.

Ajans.az xəbər verir ki, bölgə qubernatoru Vyaçeslav Fedorişçevin məlumatına görə, 21 may gecəsi baş verən hücum zamanı mülki infrastruktur zərər görüb. O, ölənlərin ailələrinə başsağlığı verib və yaralılara yardım göstərildiyini bildirib.

Məlumata əsasən, hücumun hədəfi “Rosneft” şirkətinə məxsus Sızran neft emalı zavodu olub. Hadisədən sonra ərazidə güclü yanğın və qalın tüstü müşahidə edilib.

Zavodun daha əvvəl də dron hücumlarına məruz qaldığı, nəticədə bəzi texnoloji qurğuların zədələndiyi bildirilir. Son hücumdan sonra müəssisənin işində ciddi fasilələr yaranıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Samara bölgəsi neft emalı zavodu

Digər Xəbərlər