Kral III Çarlzın ölümü barədə efirdə səhv ELAN EDİLİB
Böyük Britaniyada yayımlanan yerli Radio Caroline stansiyasında texniki nasazlıq səbəbindən Kral III Çarlzın öldüyü barədə yanlış məlumat efirə verilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, stansiya aparıcıları canlı yayımda monarxın vəfatını elan edib və daha sonra “Tanrı Kralı qorusun” mahnısını səsləndiriblər. Hadisədən sonra yayım təxminən 15 dəqiqə dayandırılıb. Efir bərpa olunduqdan sonra aparıcılar dinləyicilərdən üzr istəyiblər.
Stansiya daha sonra sosial mediada açıqlama yayaraq hadisəni texniki nasazlıqla izah edib. Bildirilib ki, əsas studiyadakı kompüter xətası səbəbindən “Monarxın ölümü” üçün nəzərdə tutulan fövqəladə protokol səhvən aktivləşib.
Mövzular: